Hərbi prokuror: “Birinci instansiya hərbi məhkəmələri dövlət ittihamçılarının bəzi vəsatətlərinə etinasız yanaşıb”

Hərbi prokuror: “Birinci instansiya hərbi məhkəmələri dövlət ittihamçılarının bəzi vəsatətlərinə etinasız yanaşıb”
# 07 yanvar 2020 12:56 (UTC +04:00)

Hərbi Prokurorluqda ötən ilin yekunlarının və qarşıda duran vəzifələrin müzakirəsinə dair əməliyyat müşavirəsi keçirilib.

APA-nın xəbərinə görə, əməliyyat müşavirəsində görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunub. İbtidai araşdırmanın aparılması, baş vermiş cinayət hadisələri nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunub, onların aradan qaldırılması üçün konkret göstərişlər verilib. Xüsusi vurğulanıb ki, cinayət işlərinə məhkəmələr tərəfindən səyyar qaydada baxılması cinayətkarlığa qarşı mübarizə sahəsində böyük profilaktik və xəbərdaredici əhəmiyyət kəsb etməsinə baxmayaraq, birinci instansiya hərbi məhkəmələri dövlət ittihamçılarının bu barədə vəsatətlərinə etinasız yanaşıblar.

Hərbi prokuror Xanlar Vəliyev korrupsiyaya qarşı daha ciddi mübarizə aparılması ilə əlaqədar prokurorluq orqanlarının üzərinə çox böyük məsuliyyət düşdüyünü qeyd edərək bildirib ki, bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin intensivliyi və effektivliyi artırılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR