Hərbi xidmətdən gəlib həmkəndlisini öldürən şəxsin istintaqı başa çatıb

Hərbi xidmətdən gəlib həmkəndlisini öldürən şəxsin istintaqı başa çatıb
# 26 mart 2020 19:43 (UTC +04:00)

Yevlaxda qətl törətməkdə təqsirli bilinən Yasin Çuqayın cinayət işi üzrə istintaqı başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 9-da Yevlax rayonunun Havarlı kəndində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü Rasim Nazarovun kəsilmiş-deşilmiş xəsarətlə Mingəçevir şəhər xəstəxanasına gətirilməsi və orada ölməsi barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən kənd sakini, 2002-ci il təvəllüdlü Yasin Çuqay saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib

Xatırladaq ki, hadisəni törədən şəxs bir həftə əvvəl hərbi xidmətini başa vuraraq kəndə qayıdıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR