Həsən Əliyev küçəsində iki avtomobil toqquşub, qəza törədən sürücü ərazidən yayınıb - FOTO - VİDEO

Həsən Əliyev küçəsində iki avtomobil toqquşub, qəza törədən sürücü ərazidən yayınıb - FOTO - VİDEO
# 21 dekabr 2019 02:31 (UTC +04:00)

Bakının Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, avtoqəza Həsən Əliyev küçəsində qeydə alınıb.

H.Əliyev küçəsində tuneldə yüksək sürətlə hərəkətdə olan "BMW" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarında dayanmış "Hyundai" markalı avtomobilə çırpılıb. Hadisəni törədən "BMW" markalı avtomobilin sürücüsü (şəxsiyyəti araşdırılır) ərazidən yayınıb. Yol qəzası nəticəsində, həmçinin bir nəfər xəsarət alıb.

Zərbənin gücündən avtomobilin yanacağı yola dağılıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin briqadası və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR