Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində monitorinq keçirilib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində monitorinq keçirilib
# 27 yanvar 2020 14:18 (UTC +04:00)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov və müavini Elçin Şirinov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində monitorinq keçiriblər.

Bu barədə APA-ya E. Şirinov məlumat verib. O qeyd edib ki, monitorinq zamanı orada saxlanılan, külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulan Lənkəran sakinləri - 1981-ci il təvəllüdlü Salehə Əsədov və 1985-ci il təvəllüdlü Ruslan Əliyevlə görüşüblər: “Hər iki şəxs barəsində cinayət işi başlanıb. Onlar ittiham üzrə özlərini təqsirli bilirlər. Saxlanma şəraiti və qidalanma ilə bağlı hər hansı şikayətləri olmadı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR