İctimai yerlərdə koronavirus xəstələri saxlanılıb

İctimai yerlərdə koronavirus xəstələri saxlanılıb
  • Clock-gray 12:02
  • calendar-gray 13 Mart 2021

Koronavirus xəstələri ictimai yerlərdə müəyyən olunaraq saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 12-də polis əməkdaşları tərəfindən paytaxt ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Bakı şəhər sakinləri, 38 yaşlı N.Rzayevə və 36 yaşlı T.Bayramovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.  

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. 

N.Rzayev barəsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər vətəndaş barəsində araşdırmalar davam etdirilir. 

Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət –profilaktik tədbirləri davam etdirir. Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə  çağırırıq.

Səlcuq Elçin

Digər xəbərlər