İmişlidə “Mercedes”lə toqquşan motosikletin sürücüsü ölüb

İmişlidə “Mercedes”lə toqquşan motosikletin sürücüsü ölüb
# 17 fevral 2020 19:19 (UTC +04:00)

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayon mərkəzində İmişli rsyonunun Oruclu kənd sakini, 1986-cı il təvəllüdlü Rzayev Orxan Bəylər oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə İmişli sakini, 1955-ci il təvəllüdlü Zeynalov Əlibala Ağabala oğlunun idarə etdiyi motosiklet toqquşub.

Nəticədə motosikletin sürücüsü hadisə yerində ölüb.

İmişli Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR