İmişlidə avtomobil aşıb, ana və oğlu xəsarət alıb

İmişlidə avtomobil aşıb, ana və oğlu xəsarət alıb
# 27 noyabr 2019 21:46 (UTC +04:00)

İmişli-Kürdəmir magistralının Araz çayı üzərindən keçən körpüdən 2 kilometr arlıda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli sakini, 1992-ci il təvəllüdlü Umudov Orxan Nizami oğlunun idarə etdiyi 10 BH 888 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü və onun anası 1973-cü il təvəllüdlü Umudova Vəfa Xələf qızı müxtəlif xəsarətlərlə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Sürcünün vəziyyəti nisbətən ağır olduğu üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib. Ana isə ambulator yardım aldıqdan sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR