İmişlidə avtomobil iki uşağı vurub, biri ölüb - YENİLƏNİB

İmişlidə avtomobil iki uşağı vurub, biri ölüb - YENİLƏNİB
  • Clock-gray 22:58
  • calendar-gray 20 Fevral 2021

İmişlidə baş vermiş avtoqəza zamanı avtomobilin vurduğu piyadaların kimliyi müəyyən edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Aranlı kəndində qeydə alınmış hadisə zamanı İmişli rayon sakini, 1994-cü il təvəllüdlü İmanov Mahir İlham oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil yolda dayanan Aranlı kənd sakinləri, 2012-ci il təvəllüdlü Hüseynli Umud Musa oğlunu və 2013-cü il təvəllüdlü Quliyev Nihad Əkbər oğlunu vurub.

Hadisə nəticəsində ikinci azyaşlı hadisə yerində dünyasını dəyişib, digəri isə Biləsuvar xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, ölən azyaşlı Nihad Quliyevin bu gün anadan olduğu gündür.

***

Saat 22:24

İmişli rayonunda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Aranlı kəndində qeydə alınıb.

İmişli rayon sakini, 1994-cü il təvəllüdlü İmanov Mahir İlham oğlunu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolda dayanan iki piyadanı vurub. Hadisə nəticəsində piyadalardan biri dünyasını dəyişib, digəri isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Əlibəy Zeynallı

Digər xəbərlər