İmişlidə avtomobil piyadanı vuraraq ağır yaralayıb

İmişlidə avtomobil piyadanı vuraraq ağır yaralayıb
# 15 yanvar 2020 22:43 (UTC +04:00)

İmişlidə avtomobilin vurduğu piyada ağır kəllə-beyin travması alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun sərhədində yerləşən 5 saylı köçkün düşərgəsinin yaxınlığında baş verib.

Həmin düşərgədə məskunlaşan Cəbrayıl rayon sakini, 1988-ci il təvəllüdlü Sadıqov Səid Yaşasib oğlunu minik avtomobili vurub. Sonuncu ağır kəllə-beyin travması ilə İmişli rayon xəstəxanasına, daha sonra Bakı xəstəxanalarından birinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR