İmişlidə avtoqəza baş verib, ölən və yaralılar var

İmişlidə avtoqəza baş verib, ölən və yaralılar var
# 06 yanvar 2021 00:31 (UTC +04:00)

İmişli rayonunda baş vermiş avtoqəza nəticəsində sürücü ölüb, 2 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Bəcrəvan-Cavadxan yolunda qeydə alınıb.

İmişli sakini, 1982-ci il təvəllüdlü Mirzəyev Elməddin Ərəstun oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib, sərnişinlər - Qaravəlli kənd sakini, 2002-ci il təvəllüdlü Şükürov Bayandır Dünyamalı oğlu və Mirili kənd sakini, 1974-cü il təvəllüdlü Hüseynov Nüsrət Adış oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR