İmişlidə məktəbdən oğurluq edən keçmiş məhkum saxlanılıb

İmişlidə məktəbdən oğurluq edən keçmiş məhkum saxlanılıb
# 05 avqust 2020 16:50 (UTC +04:00)

İmişlidə məktəbdən oğurluq olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Otuziki kənd orta məktəbinin inzibati binasında qeydə alınıb. Belə ki, həmin məktəbdən 5500 manat dəyərində 6 ədəd noutbuk və 1 ədəd televizor oğurlanıb.

İmişli rayon polis şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunan 1995-ci il təvəllüdlü Musa Fərahim oğlu Məlikov saxlanılıb.

Faktla bağlı İmişli polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR