İmişlidə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib

İmişlidə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib
# 06 aprel 2021 10:41 (UTC +04:00)

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, İmişli rayon Hacırüstəmli kənd sakini Etimad Vəliyevə koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

E.Vəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR