İmişlidə piyadanın ölümü ilə nəticələnən avtoqəza olub

İmişlidə piyadanın ölümü ilə nəticələnən avtoqəza olub
# 11 dekabr 2019 03:33 (UTC +04:00)

İmişlidə avtomobilin vurduğu piyada dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli şəhərində Əliqululular kənd sakini, Cəfərov Vahid Məhəmməd oğlunun idarə etdiyi "VAZ 2115" markalı avtomobil İmişli sakini, 1958-ci il təvəllüdlü Şəmmədov Yasin Zeynalabdin oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən İmişli rayon xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR