İş adamına qarşı 107 min manatlıq dələduzluq edən ata-oğulun şikayəti təmin edilməyib

İş adamına qarşı 107 min manatlıq dələduzluq edən ata-oğulun şikayəti təmin edilməyib
# 11 dekabr 2019 10:07 (UTC +04:00)

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən ata-oğul - İlqar Məmmədov və Fərid Məmmədlinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən təqsirləndirilən şəxslərin şikayətləri təmin edilməyib.

Qeyd edək ki, Məmmədov İlqar Əbdüləli oğluna 9 il, Məmmədli Fərid İlqar oğluna isə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli biliniblər.

Ata və oğul həbsdə olan iş adamı Azadxan Xanməmmədovun azadlığa buraxılacağını vəd edərək, onun oğlu Tural Xanməmmədovdan ümumilikdə 107 min manat pul alaraq vədlərinə əməl etməməkdə ittiham edilirlər.

Xatırladaq ki, A.Xanməmmədov Bakıda çoxmərtəbəli yaşayış binalarının inşası ilə məşğul olub. O, 2017-ci ilin mayında xuliqanlıqda ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib və cəzasının bir hissəsini çəkəndən sonra ötən ilin sonlarında azadlığa çıxıb.

İ.Məmmədli iş adamı A.Xanməmmədovla Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlandığı vaxt tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR