İsmayıllı sakini dəm qazından zəhərlənərək ölüb

İsmayıllı sakini dəm qazından zəhərlənərək ölüb
# 18 dekabr 2020 16:53 (UTC +04:00)

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə bu gün İsmayıllı şəhər sakini, 1966-cı il təvəllüdlü Arzuman Əhmədov yaşadığı evin hamam otağında kustar üsulla quraşdıırılan su qızdırıcısının içəri buraxıdığı dəm qazından zəhərlənib. Ailə üzvləri hadisədən gec xəbər tutub. Həkimlərin səyinə baxmayaraq, A.Əhmədov dünyasını dəyişib.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR