İsmayıllı sakinindən odlu silah götürülüb

İsmayıllı sakinindən odlu silah götürülüb
# 28 mart 2020 12:09 (UTC +04:00)

İsmayıllı sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıhətəmli kənd sakini İ.Ağayevdən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR