İsmayıllı sakinindən ov tüfəngi götürülüb

İsmayıllı sakinindən ov tüfəngi götürülüb
# 30 yanvar 2020 10:52 (UTC +04:00)

İsmayıllı sakinindən qanunsuz olaraq saxladığı ov tüfəngi götürülüb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə uğurlu əməliyyat tədbiri keçirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Ruşan kənd sakini Məzahir Şirinovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR