İsmayıllı sakinindən qanunsuz ov tüfəngi götürülüb

İsmayıllı sakinindən qanunsuz ov tüfəngi götürülüb
# 21 fevral 2020 09:45 (UTC +04:00)

İsmayıllı sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat tədbiri keçirilib.

Belə ki, rayonun Qalınçaq kənd sakini Qaçay Mirzəyevdən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR