İsmayıllı sakinlərindən qanunsuz saxlanılan 4 ədəd odlu silah götürülüb - FOTO

İsmayıllı sakinlərindən qanunsuz saxlanılan 4 ədəd odlu silah götürülüb - FOTO
# 16 yanvar 2021 15:00 (UTC +04:00)

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ayrı-ayrı vətəndaşlar tərəfindən evlərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində bir neçə uğurlu əməliyyat-axtarış tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun Qaraqaya kənd sakini A.Babayevdən “İJ”, həmkəndlisi V.Abbasovdan “Toz”, Buynuz kənd sakini E.Babayevdən və Diyallı kəndində yaşayan O.Baxışovdan “İJ” markalı qanunsuz saxladıqları ov tüfəngləri aşkar edilərək götürülüb.

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR