İsmayıllı və Bərdə sakinlərindən odlu silahlar götürülüb

İsmayıllı və Bərdə sakinlərindən odlu silahlar götürülüb
  • Clock-gray 12:47
  • calendar-gray 18 Yanvar 2021

İsmayıllı və Bərdə sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaraqaya kənd sakinləri A.Babayevdən “İJ-16”, V.Abasovdan “TOZ-63”, Buynuz kənd sakini E.Babayevdən isə “İJ-16” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bərdə rayon sakini S.İsmayılovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Səlcuq Elçin

Digər xəbərlər