İsmayıllı və Qəbələ sakinlərindən odlu silah götürülüb

İsmayıllı və Qəbələ sakinlərindən odlu silah götürülüb
# 22 yanvar 2021 12:04 (UTC +04:00)

İsmayıllı və Qəbələ Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, İsmayıllıda rayonun Qalagah kənd sakini T.Yəhyayevdən müvafiq sənədləri olmayan “İJ-16”, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə rayonun Nic qəsəbəsində yaşayan F.Alməmmədovdan “İJ-18” markalı öv tüfəngləri aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR