İsmayıllı və Sabirabad sakinlərindən odlu silahlar götürülüb

İsmayıllı və Sabirabad sakinlərindən odlu silahlar götürülüb
  • Clock-gray 12:45
  • calendar-gray 16 Yanvar 2021

İsmayıllı və Sabirabad sakinlərindən ov tüfəngləri götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sədiyan kənd O.Baxışovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa, Hacıqabul polisi tərəfindən  keçirilən əməliyyat tədbiri nəticəsində Sabirabad rayon sakini C.İbadovun idarə etdiyi “Niva” markalı avtomobilə baxış zamanı oradan  müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

 

Sail Ağasəlim

Digər xəbərlər