İsmayıllıda avtomat güllələri tapılıb

İsmayıllıda avtomat güllələri tapılıb
# 08 aprel 2021 10:26 (UTC +04:00)

İsmayıllı rayonunun Keşqurd kəndindəki otlaq sahəsində şübhəli bağlamaların olması barədə Polis Şöbəsinə məlumat daxil olub.

APA-nın yerli bürosunun xəbərinə görə, polis əməkdaşları əraziyə baxış keçirən zaman 2 ədəd dəmir qutunun içərisində paslanmış vəziyyətdə avtomat güllələri aşkar edilərək götürülüb və ekspertizaya təqdim edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR