İsmayıllıda avtomobil piyadanı vuraraq öldürüb

İsmayıllıda avtomobil piyadanı vuraraq öldürüb
# 18 yanvar 2020 09:31 (UTC +04:00)

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə İsmayıllı şəhərində qeydə alınıb. Məmmədov Elçin Əlizadə oğlu idarə etdiyi 10-FD-092 dövlət nömrə nişanlı "VAZ 21011" markalı minik avtomobili ilə yolu keçən piyada, 1969-cu il təvəllüdlü Adıgözəlov Asif Ramazan oğlunu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR