İsmayıllıda avtomobil qəzası iki nəfərin ölümünə səbəb olub

İsmayıllıda avtomobil qəzası iki nəfərin ölümünə səbəb olub
  • Clock-gray 16:49
  • calendar-gray 08 Dekabr 2019

İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Muğanlı-İsmayıllı avtomobil yolunda baş verib.

"Chrysler-Daimler" markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində rayonun Diyallı kənd sakini 1991-ci il təvəllüdlü Abışov Ramal Əli oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb.

Rayon sakinləri -1978-ci il təvəllüdlü Süleymanov Ramil Məhəmədağa oğlu, 1982-ci il təvəllüdlü Süleymanov Mehman Eyvaz oğlu və 1981-ci il təvəllüdlü İsmayılov İlkin İkram oğlu ağır xəsarətlər alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Avtoqəzadan sonra xəstəxanaya yerləşdirilən yaralılardan birinin yaxın qohumu Diyallı kənd sakini Rəhman Nuğayev hadisə barədə xəbəri qəflətən eşidib və səhv məlumat əsasında hadisə zamanı öz oğlunun da öldüyünü zənn edərək infarkt keçirib. Ürək xəstəsi olan, yenicə cərrahiyyə əməliyyatından çıxan Rəhman Nuğayevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

Digər xəbərlər

Arxiv

date