İsmayıllıda evdən 3.5 kq narkotik və odlu silah aşkarlanıb

İsmayıllıda evdən 3.5 kq narkotik və odlu silah aşkarlanıb
  • Clock-gray 10:16
  • calendar-gray 05 Fevral 2021

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və müvafiq sənədləri olmadan odlu silah saxlayan şəxs tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini Niyaz Adıgözəlov saxlanılıb. Şəxsi axtarış zamanı ondan üç ədəd kağız bükümdə 1,6 qram qurudulmuş marixuana aşkar olunub.

Davam etdirilən əməliyyat tədbirləri ilə saxlanılan şəxsin yaşadığı ünvana da baxış keçirilib. Oradan şüşə qablarda, karton qutularda və sellofan torbalarda çətənə bitkisindən kustar üsulla hazırlanmış, ümumi çəkisi 3 kiloqram 511 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin qanunsuz olaraq saxladığı “TOZ-63” markalı ov tüfəngi  aşkarlanaraq götürülüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şahnəzər Bəşirov

Digər xəbərlər