İsmayıllıda iki nəfərin ölümünə səbəb olan sürücünün cinayət işi məhkəməyə göndərilib

İsmayıllıda iki nəfərin ölümünə səbəb olan sürücünün cinayət işi məhkəməyə göndərilib
  • Clock-gray 10:04
  • calendar-gray 16 İyul 2020

İsmayıllıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şöhrət Dünyamalıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Nahid Mirzəyev icraatına verilib. 

Qeyd edək ki, hadisə bu il martın 2-də Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisində baş verib. 

Şöhrət Dünyamalıyevin idarə etdiyi “QAZ-2705” markalı 23-BG-086 dövlət qeydiyyat nişanlı yük avtomobil Musa İsmayılzadənin idarə etdiyi “VAZ-21074” markalı 10-EZ-877 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. 

Nəticədə “VAZ-21074”-ün sürücüsü M.İsmayılzadə və sərnişin Rüstəm Əzimov vəfat edib. 

"QAZ-2705"-in sürücüsü Ş.Dünyamalıyev və digər 2 sərnişin isə xəsarət alıb. 

Ş.Dünyamalıyevə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Səlcuq Elçin

Digər xəbərlər