İsmayıllıda meşə ərazisində itkin düşən 16 yaşlı oğlan tapılıb - YENİLƏNİB

İsmayıllıda meşə ərazisində itkin düşən 16 yaşlı oğlan tapılıb - YENİLƏNİB
# 02 iyun 2020 06:30 (UTC +04:00)

İsmayıllı rayonunun Tircan kəndi ərazisində itkin düşən 2004-cü il təvəllüdlü Süleymanov Orxan Oruc oğlunun axtarışları başa çatıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, O.Süleymanov nazirliyin xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Saat 05:18

İsmayıllı rayonunun Tircan kəndində yeniyetmə meşədə itkin düşüb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə 01 iyun 2020-ci il tarixində axşam saatlarında İsmayıllı rayonunun Tircan kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Süleymanov Orxan Oruc oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Nazirliyin Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti O.Süleymanovun axtarışlarına cəlb olunub. Əlavə məlumat veriləcək.

Nazirlikdən verilən məlumata görə, O.Süleymanov meşədən qayıtmayan mal-qaranı axtarmağa gedib. Ancaq sonradan onun özü də geri qayıtmayıb. Yeniyetmənin qaranlığa düşərək meşədə azdığı ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR