İstanbulda atışma olub, azərbaycanlı kriminal avtoritet öldürülüb - HADİSƏ ANI

İstanbulda atışma olub, azərbaycanlı kriminal avtoritet öldürülüb - HADİSƏ ANI
# 01 aprel 2021 12:05 (UTC +04:00)

Türkiyədə azərbaycanlıların iştirakı ilə silahlı insident olub.

APA-nın yerli mətbuata istinadən məlumatına görə, hadisə İstanbulun Başakşehir səmtində baş verib.

Azərbaycanlılar və çeçenlərin arasında silahlı qarşıdurma zamanı 3 nəfərin öldüyü, 1 nəfərin isə ağır yaralandığı bildirilir. Hadisə nəticəsində bir azərbaycanlı ölüb, biri isə yaralanıb.

Polis artıq araşdırmalara başlayıb, 3 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, ölən azərbaycanlının kriminal aləmdə “Naxçıvanlı Baba” kimi tanınan peşəkar idmançı olduğu bildirilir. Yaralanan azərbaycanlı isə “Fuad Sumqayıtlı” kimi tanınan Fuad Hacıyevdir.

Hər iki şəxsin mərhum Rövşən Lənkəranskinin yaxın tərəfdarları olduğu bildirilir. Hadisənin kriminal mübahisə nəticəsində baş verdiyi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR