İtaliyada azərbaycanlı tələbə itkin düşüb

İtaliyada azərbaycanlı tələbə itkin düşüb
# 18 yanvar 2020 09:45 (UTC +04:00)

Azərbaycanlı tələbə İtaliyada itkin düşüb.

Binədəqi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Əliguşad Xıdırov 4-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək oğlu, 1996-cı il təvəllüdlü Cavid Xıdırlının yanvarın 10-da İtaliyanın Torino şəhərində itkin düşdüyünü bildirib.

C.Xıdırlı İtaliyada ali təhsil alırmış.

Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR