Kamran Əliyev: "Ötən il 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib"

Kamran Əliyev: "Ötən il 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib"
# 08 yanvar 2021 12:59 (UTC +04:00)

Hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

APA-nın məlumatına görə, bunu, Baş Prokuror Kamran Əliyev bu gün keçirdiyi əməliyyat müşavirəsində deyib.

O qeyd edib ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 8 nəfər vəzifədən azad edilib, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbiri tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR