Kamran Əliyev: "Vətən müharibəsi dövründə ermənilər 12 azyaşlını və 27 qadını qətlə yetirib"

Kamran Əliyev: "Vətən müharibəsi dövründə ermənilər 12 azyaşlını və 27 qadını qətlə yetirib"
# 25 yanvar 2021 12:31 (UTC +04:00)

Vətən müharibəsi dövründə erməni silahlı birləşmələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 93 dinc sakin həlak olub.

APA-nın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında deyib.

O bildirib ki, ermənilər tərəfindən müharibə dövründə 12 azyaşlı və 27 qadın qətlə yetirilib, 407 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR