Karantin qaydalarını pozaraq Qubaya gizli yolla daxil olan Şabran sakinləri saxlanılıb

Karantin qaydalarını pozaraq Qubaya gizli yolla daxil olan Şabran sakinləri saxlanılıb
# 25 dekabr 2020 17:09 (UTC +04:00)

Karantin qaydalarını pozan iki qardaş məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan APA-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin qaydalarını pozaraq rayon ərazisinə gizli yollarla daxil olan Şabran rayon sakinləri – Asim və Mail Babayevlər saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, hər iki şəxs müvafiq icazələri olmadan rayonun giriş hissəsində qurulmuş müvəqqəti postun kənarında yerləşən bağ sahələrindən keçməklə Quba rayonuna qanunsuz olaraq daxil olublar.

Saxlanılan hər iki şəxs barədə qanunvericiliyə uyğun olaraq tədbir görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR