Keçmiş məhkumdan 5 kq narkotik götürülüb

Keçmiş məhkumdan 5 kq narkotik götürülüb
# 19 fevral 2021 11:52 (UTC +04:00)

Kürdəmir sakini Bakıda narkotiklə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş S.Bağırov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 kiloqram 175 qram marixuana götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR