Keçmiş məhkumlar Bakıda evlərdən 15 min manatlıq oğurluq edib

Keçmiş məhkumlar Bakıda evlərdən 15 min manatlıq oğurluq edib
# 09 aprel 2021 11:54 (UTC +04:00)

Bakıda evlərdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xətai rayon polis əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də rayon ərazisindəki bir evdən 10 000 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Ü.Hacıyev və R.Cavadov saxlanılıblar.

Sabunçu polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə aprelin 3-də rayon ərazisindəki evlərin birindən 3000 manat pul, 2000 manat dəyərində televizor və noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mayılov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR