Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
# 14 aprel 2021 10:09 (UTC +04:00)

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 13-də respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, onlardan 3 nəfər tibbi prosedurlar gözləməklə yaşadıqları evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Vəziyyətləri nisbətən ağır olan 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir:

"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - deyə DİN-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR