Koronavirus xəstəsi ictimai yerdə müəyyən olunaraq saxlanılıb

Koronavirus xəstəsi ictimai yerdə müəyyən olunaraq saxlanılıb
# 08 dekabr 2020 16:04 (UTC +04:00)

Koronavirus xəstəsi ictimai yerdə müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, paytaxtın Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi olan 40 yaşlı Feruz Hüseynov ictimai yerdə müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

Onun barəsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq araşdırmaları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR