Korrupsiya cinayətləri ilə bağlı dəyən maddi ziyanın 74,7 faizinin ödənilməsi təmin edilib

Korrupsiya cinayətləri ilə bağlı dəyən maddi ziyanın 74,7 faizinin ödənilməsi təmin edilib
  • Clock-gray 10:14
  • calendar-gray 15 Yanvar 2020

“Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83,2 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 21,8 milyon manatın ödənilməsi təmin edilib”.

APA-nın məlumatına görə, bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. O bildirib ki, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 40,3 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 74,7 %-nin ödənilməsi təmin edilib: “O cümlədən, Mənzil Tikinti Kooperativlərinin vəzifəli şəxsləri və onlarla cinayət əlaqəsinə girmiş digər şəxslər tərəfindən ayrı-ayrı vətəndaşlara satılmış mənzilləri təkrar satmaqla dələduzluq yolu ilə özgələrinə məxsus külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər görülüb”.

K. Əliyev qeyd edib ki, Baş İdarə tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq müxtəlif çeşiddə saxta spirtli içkilər istehsal edərək paytaxtda və respublikanın müxtəlif bölgələrində satışını həyata keçirən 4 şəxsin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyini və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçildiyini bildirib.

 

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date