Kəramət Böyükçöl sərbəst buraxılıb

Kəramət Böyükçöl sərbəst buraxılıb
  • Clock-gray 17:20
  • calendar-gray 19 Avqust 2020

Kəramət Böyükçöl sərbəst buraxılıb.

Bu barədə APA-ya K.Böyükçölün atası Qəşəm Nəcəfzadə məlumat verib.

O qeyd edib ki, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində saxlanılan K. Böyükçölün əməlində cinayət motivi olmadığı üçün bu gün sərbəst buraxılıb. 

Qeyd edək ki, gənc yazar Kəramət Böyükçöl ötən gün saxlanılmışdı.

K. Böyükçölün yaşadığı ünvana gələn polis əməkdaşları onunla bağlı qonşuların şikayət etdiyini bildirmişdi.

O, saxlanılaraq polisə aparılmışdı. 

apa-logo-mini

Digər xəbərlər