Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Külli miqdarda narkotikin  Azərbaycana keçirilməsinin qarşısı alınıb
# 01 fevral 2021 14:35 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

DSX-dən APA-ya bildirilib ki, yanvarın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar-Gömrük avtomagis­tral yolunun yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içə­risində 3 nəfərin olduğu yaşıl rəngli Mersedes markalı 10-SU-801 dövlət nöm­rə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb etmişdir. Yolun kə­na­rında gizli yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən şübhəli şəxs sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq qaç­mağa çalışarkən saxlanılıb.

1974-cü il təvəllüdlü Bakı şəhər sakini Məlikov Pərviz Baba oğlu olduğu müəyyənləşdirilən şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 8 kiloqram 410 qram narkotik vasitə və psixotrop maddəyə (3 kq 275 qr “metamfetamin” və 5 kq 135 qr “tiryək”) oxşar maddələr aşkar olunaraq götürülüb.

Sərhədçilər tərəfindən P.Məlikovun saxlanılmasını müşahidə edən avto­mo­bildəki digər şəxslər hadisə yerindən qaçmış, Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ərazisində saxlanılmış, müqavimət göstərən avtomobil sürücüsü gömrük əməkdaşlarının xidməti avtomaşınına ziyan vurub.

Saxlanılan şəxslərin Bakı şəhər sakinləri 1978-ci il təvəllüdlü Həsən­xa­nov Nəbi Yusif oğlu və 1987-ci il təvəllüdlü Süleymanova Elmira Sabir qızı olmaları, N.Həsənxanovun dəfələrlə müxtəlif cinayət hadisələrinin törədilmə­si­nə, o cümlədən narkotik vasitələrin istifa­dəsinə görə məhkum edilməsi müəy­yən­ləşdirilib.

Araşdırma zamanı P.Məlikov və E.Süleymanova törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitəni götürməyə gəldiklərini bildir­mişlər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR