Kürdəmir, Sabirabad və Ağdaş sakinlərindən silah götürülüb

Kürdəmir, Sabirabad və Ağdaş sakinlərindən silah götürülüb
# 27 yanvar 2020 15:33 (UTC +04:00)

Ağdaş, Sabiradab və Kürdəmir sakinlərdən silah götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sovla kənd sakini E.Hüseynovdan “İJ-58” markalı tüfəng aşkar edilərək götürülüb.

Bundan başqa, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qəribli kənd sakini S.Mirzəyevdən “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Digər xəbərə görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qaratəpə kənd sakini N.Kərimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 70 qram marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsindən 360 qram marixuana, habelə müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 1 ədəd pnevmatik tüfəng aşkar edilərək götürülüb.

Ona narkotik vasitəni satmaqda şübhəli bilinən Moranlı kənd sakini X.Hüseynli də polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR