Kürdəmirdə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Kürdəmirdə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
# 28 dekabr 2019 15:03 (UTC +04:00)

Kürdəmirdə baş verən qəza nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

APA-nın məlumatına görə, xəsarət alanların 3 nəfər olduğu bildirilir. Bunlar Kürdəmir rayonunun Carlı kənd sakinləri - 1984-cü il təvəllüdlü Aygül Əlhüseyn qızı Kərimova, 2006-cı il təvəllüdlü Rəhman Rəşid oğlu Kərimov və Xəlsə kənd sakini, 1938-ci il təvəllüdlü İsgəndər Həbiş oğlu Rəhimovdur.

***

14:02

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

"VAZ 2106" markalı iki minik maşını toqquşub. Nəticədə sürüçülərdən biri, Kürdəmir rayonunun Mollakənd kənd sakini, 1995-ci il təvəllüdlü Aslan Rüstəm oğlu Xasanov hadisə yerində ölüb.

Şəxsiyyətləri hələlik məlum olmayan daha 2 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR