Kürdəmirdə iki evdən 10 kq narkotik götürülüb

 Kürdəmirdə iki evdən 10 kq narkotik götürülüb
# 02 noyabr 2020 15:07 (UTC +04:00)

Kürdəmir sakinlərinin evlərindən narkotik vasitələr götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sığırlı kəndində yaşayan F.Nəbiyevin evindən 5 kiloqram 815 qram marixuana, E.Əmirovun evindən isə 4 kiloqram 790 qram marixuana aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR