Kürdəmirdə iribuynuzlu heyvan yol qəzasına səbəb olub, xəsarət alanlar var

Kürdəmirdə iribuynuzlu heyvan yol qəzasına səbəb olub, xəsarət alanlar var
# 28 fevral 2020 23:05 (UTC +04:00)

Kürdəmirdə iribuynuzlu heyvan 3 avtomobilin qəza törətməsinə səbəb olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

1954-cü il təvəllüdlü Gülməmməd Selan oğlu Dadaşov idarə etdiyi "Ford" markalı mikroavtobusla qarşısına çıxan iribuynuzlu heyvanı vurub. Hadisədən sonra arxadan gələn və Bərdə sakini, 1979-cu il təvəllüdlü Namiq Bayram oğlu Abbasovun idarə etdiyi "Mercedes" markalı minik maşını yolda ölüb qalmış iribuynuzlu heyvana çırpılıb. Daha sonra Bərdə sakini, 1982-ci il təvəllüdlü Samir Vaqif oğlu Abdullayev idarə etdiyi "Mercedes" markalı avtomaşınla hərəkətdə olarkən yolda ölüb qalmış heyvanı görüb. Sürücü sürəti azaldan zaman onun arxasınca sürətlə gələn "Volkswagen" markalı digər avtomaşın onun avtomobilinə çırpılıb və "Mercedes" yoldan çıxaraq su kanalına düşüb.

Nəticədə "Mercedes"də olan sərnişinlər - Bakı sakinləri, 1983-cü il təvəllüdlü Zakir Baxşəli oğlu Məhərrəmov, 1956-cı il təvəllüdlü Qalib Kərim oğlu Rəhimov, Bərdə sakini, 1988-ci il təvəllüdlü Vüsalə Mehman qızı Novruzova və "Ford"un sürücüsü G.Dadaşov müxtəlif növ bədən xəsarəti alıblar. Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıblar.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR