Kürdəmirdə mikroavtobus traktorla toqquşub, xəsarət alanlar var

Kürdəmirdə mikroavtobus traktorla toqquşub, xəsarət alanlar var
# 21 yanvar 2020 21:01 (UTC +04:00)

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Salyan kəndində qeydə alınıb.

Göyçay rayon sakini, 1986-cı il təvəllüdlü Aqil Səmid oğlu Babayevin idarə etdiyi qoşqulu traktorla “Ford” markalı mikroavtobus toqquşub. Nəticədə 1988-ci il təvəllüdlü Elnur Maşallah oğlu Məlikov və 1989-cu il təvəllüdlü Pərvin Cəfər oğlu Qurbanov müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR