Kürdəmirdə yolun buz bağlaması nəticəsində zəncirvarı yol qəzaları baş verib, polis əməkdaşları xəsarət alıb - FOTO

Kürdəmirdə yolun buz bağlaması nəticəsində zəncirvarı yol qəzaları baş verib, polis əməkdaşları xəsarət alıb - FOTO
# 09 yanvar 2021 12:46 (UTC +04:00)

Kürdəmir rayonunda zəncirvarı yol qəzaları baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, yol qəzaları bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

“Ford” markalı mikroavtobusla minik avtomobilləri toqquşub.

Bundan başqa, rayon ərazisində baş vermiş digər qəzada yük maşınları ilə “QAZ-31” minik avtomobili toqquşub. Hərəkətdə olan yol patrul xidmətinin avtomobili də qəza törədən maşınlara çırpılıb. Nəticədə polis əməkdaşları - 32 yaşlı Elnar Quliyev və 31 yaşlı Fariz Əliyev xəsarət alıblar.

Qəzalara səbəb yolun buz bağlaması olub.

Faktlarla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün yolun buz bağlaması səbəbindən Kürdəmir rayon ərazisində baş vermiş yuxarıdakı qəzalardan savayı da bir neçə xırda qəzalar baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR