Laçın və Kürdəmir sakinlərindən silah götürülüb

Laçın və Kürdəmir sakinlərindən silah götürülüb
# 20 fevral 2020 11:42 (UTC +04:00)

Laçın və Kürdəmir sakinlərindən qanunsuz silah götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini S.Məmmədovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.

Bundan başqa, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dayıkazımlı kənd sakini S.Feyzullayevdən “İJ-57” markalı ov tüfəngi götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR