Lerik rayonunda üçotaqlı ev yanıb

Lerik rayonunda üçotaqlı ev yanıb
# 14 dekabr 2019 00:16 (UTC +04:00)

Lerik rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət taxta konstruksiyalı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, hadisə rayonun Brkandul kəndində qeydə alınıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR