Lerik sakini Bakıda naməlum şəraitdə bıçaqlanıb

Lerik sakini Bakıda naməlum şəraitdə bıçaqlanıb
# 25 yanvar 2020 01:48 (UTC +04:00)

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Gülçülük sovxozu yaşayış massivində Lerik rayon sakini, 2000-ci il təvəllüdlü Cəfərov Rüfət Araz oğlu naməlum şəraitdə bıçaqlanaraq ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR