Lerikdə “UAZ” aşıb, ölən var

Lerikdə “UAZ” aşıb, ölən var
# 07 noyabr 2020 12:29 (UTC +04:00)

Lerikdə “UAZ” aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 6-da saat 19 radələrində Lerik rayonunun Hücü kəndi ərazisində kənd sakini Z.Rüstəmov idarə etdiyi “UAZ” markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişin Samir İbadov ölüb.

Lerik Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR